“Subaru Azərbaycan” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Subaru Azərbaycan”ın vergi borcu 13 395.87 manatdır.
Xatrıladaq ki, “Subaru Azərbaycan” MMC 2006-cı ildə yaradılıb və 1 204 000 manat nizamnamə kapitalına sahibdir.






