“Subaru” şirkəti prezidentinin dəyişdiyini açıqlayıb. Yapon avtomobil istehsalçısının yeni prezidenti Atsuşi Osaki olub, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
1988-ci ildən “Subaru”da çalışan 60 yaşlı mütəxəssis əvvəllər şirkətin baş idarəedici direktoru vəzifəsini tutub. Cənab Osaki yeni vəzifəsində avtomobil istehsalçısına elektromobillərin inkişafını nəzərdə tutan yeni strategiyaya keçməyə kömək edəcək.
“Subaru”nun keçmiş prezidenti Tomomi Nakamura Yaponiya avtomobil istehsalçısının idarə heyətinin sədri vəzifəsinə keçib.