“Subaru” şirkəti yeni “Crosstrek” krossoverini təqdim edib. Yenilik modernləşdirilmiş SGP (Subaru Global Platform) platforması üzərinə qurulub. Modelin dizaynı müasir avtomobil markaları üslubunda hazırlanıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Avtomobil 11.6 düymlük ekranla təchiz olunub, hansıki özündə “EyeSight” təhlükəsizlik sistemini nəzərdə tutur.
“Subaru Crosstrek”in satışları 2023-cü ildə başlayır. Krossoverin qiyməti satışların başlaması tarixinə yaxın açıqlanacaq.