Aprelin 19-da Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən payızlıq əkinlərə görə 44 min 423 fermerə ümumilikdə 21.660 mln. manatdan çox subsidiya ödənişi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a verilən məlumata görə, bu gün ödənilən subsidiyalar 111 572 hektar əkin sahəsini əhatə edir.
Beləliklə, 2021/2022-ci il üçün ümumilikdə 880 092 hektar əkin sahəsi üzrə 277 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 173 365 mln. manatdan çoxdur.