Çox az insan asanlıqla özünü qeyri-ciddi adlandırar. Və baxmayaraq ki, bir çox iş yerləri partlayış nəticəsini xatırladır, kreditlərdə və sənədələrdə yaranan səliqəsizlik isə onun sahibinin diqqətsizliyindən xəbər verir. Lakin, demək olar ki, hər kəs xəyallarında özünün ciddi, öz həyatına nəzarət edən bir şəxs olaraq təsəvvür edir və bu şəxsi iddianı qəbullanaraq yaşayır. Bizlər ciddilik və səliqəliliyi uğurun zəmanətçisi olaraq görməyə vərdiş etmişik.
Tam təminatlı həyat yaşadığımıza inansaq belə, hər gen heç də ideal dərəcədə təmiz olmayan bir dünyada yaşayırıq. Hətta tam sürətlə karyera pilləsində irəlilədiyimiz bir zamanda daxilimizdə bir səs belə deyər: “Yox, sən hər şeyə həddindən artıq səthi yanaşırsan, sənin həyat tərzin həddindən artıq qeyri-ciddidir. Mütləq bir tələyə düşəcəksən və səndə heç nə alınmayacaq”. Daxilimizdə yaşayan bu təndiqçiyə qulaq asmalıyıqmı?
Bir faktı qeyd edək ki, qeyri-ciddi insanlar yaradıcılığa meyilli insanlardır. Bəli, onların ətrafında olan xaos dahi ideyalara gətirib çıxarır!
Nə qədər qəribə səslənsə də, beynimizdə nə qədə çox müxtəlif fikirlər dolanarsa, onlardan hər hansı birinin dahiyanə olmasına şans bir o qədər böyükdür. Məhz bu prinsip hər hansı bir innovativ layihə üzərində işləyən kollektivlərin istifadə etdiyi “brain storme”-un əsasını təşkil edir.