Naxçıvanda bu ilin ikinci rübündə kənd təsərrüfatı məhsulları istehsalı, eləcə də soyuducu anbarın yaradılması, süd məhsullarının qablaşdırılması məqsədilə 39 layihənin maliyyələşdirilməsinə 1 milyon 96 min 650 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Banker.az Naxçıvan İqtisadiyyat Nairliyindən əldə etdiyi məlumata əsasən istinadən xəbər verir.
Bundan başqa ikinci rübdə muxtar respublikada dövlət maliyyə dəstəyi ilə 17 heyvandarlıq, 6 arıçılıq, 2 bağçılıq təsərrüfatının, 3 soyuducu anbarın və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilib.







