1 C
Baku
Monday, February 26, 2024

Sudan istifadə ilə bağlı yeni sistem – baza yaradılır

Sudan istifadənin elektron bazası yaradılacaq. Belə olan halda su itkisi də xeyli azalacaq.

Banker.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnsitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktotu Mirnuh İsmayılov “Xəzər – Xəbər”ə açıqlamasında çaylardakı sululuğun azalma səbəbini açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanda suyun düzgün idarə olunmaması qıtlığın yaranmasının əsas səbəblərindən biridir.

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov isə deyib ki, 2020 -2022-ci illər üzrə “Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı”tədbirlər planında nəzərdə tutulan əsas məqamlardan biri də məhz su ehtiyatları ilə bağlı idarəetmənin təkmilləşdirilməsidir. Bununla bağlı artıq elektron su təsərrüfatı informasiya sistemi yaradılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, sistem çoxmodulludur. Əsas su təsərrüfatı balansınının yaradılması, elekto su xəritəsi, su ehtiyatları barədə məlumat sistemi, su anbarları, su kanalları, kollektorlar məlumat sistemi kimi bir çox modular bu sistemə daxildir.

Son xəbərlər
Digər xəbərlər