20 C
Baku
Saturday, November 1, 2025

Sudan öz ərazilərinin bərpasında Azərbaycanın təcrübəsindən istifadə edəcək

Sudan hökuməti ölkənin hazırda müharibə gedən ərazilərinin bərpası üçün gələcəkdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi təcrübədən istifadə edəcək.

Bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sudanda müharibə başa çatdıqdan sonra Əl-Faşir və digər dağılan şəhərlərin bərpası mümkün olacaq:

“Ötən il Qarabağda görülən işlərlə tanış olduq və Xocalını da ziyarət etdik. Azad edilmiş ərazilərdə quruculuq işləri görülür. Həmin bərpa proqramı bizim üçün də önəmlidir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər