16 C
Baku
Monday, April 29, 2024

Sudan qanunsuz istifadəyə görə hansı hüquqi ölçülər var?

Məlum olduğu kimi, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması, yəni sudan qeyri-qanuni istifadə qanunla qadağandır. Bu hal həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb ola bilər.

Sudan qeyri-qanuni istifadəyə görə inzibati məsuliyyət

Talanmış suyun dəyəri 5000 manatdan aşağı olduqda əməl inzibati xəta hesab edilir və fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimə edilir.

Sudan qeyri-qanuni istifadəyə görə cinayət məsuliyyəti

Talanmış suyun dəyəri 5000 manatdan yuxarı olduqda əməl cinayət hesab edilir və 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Su təchizatı müəssisəsi ilə müqavilə əsasında sudan istifadə edən şəxs (istehlakçı) və onun vəzifələri:

İstehlakçı – su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir.

İstehlakçı hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq ona məxsus əraziyə buraxmaq vəzifəsini daşıyır.

Bu tələbə riayət etməyən istehlakçılar inzibati məsuliyyətə cəlb edilir və fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.

Su təchizatı müəssisəsinin bir neçə vəzifəsi var:

Su təchizatını həyata keçirən müəssisəsnin vəzifəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqdan ibarətdir.

Nəzərə almaq lazımdır ki, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər