Sudanın keçmiş baş naziri və “Al-Umma” müxalifət partiyasının lideri Sadık al-Mahdi 84 yaşında koronavirusdan ölüb.
Bu barədə yerli “Al-Sudani” qəzeti bildirib.
Nəşr qeyd edib ki, al-Mahdidə koronavirus noyabrın əvvəlində aşkar edilib. Çərşənbə günü siyasətçinin vəziyyəti pisləşib.
“Al-Arabiya” telekanalı isə mənbələrə istinadən bildirib ki, Sudanın keçmiş baş naziri BƏƏ-də vəfat edib.
Sadık al-Mahdi iki dəfə (1966-1967 və 1986-1989 illər) Sudanın baş naziri vəzifəsini icra edib. O, Ömər al-Bəşirin hakimiyyəti illərində Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri olub.