Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən dəyəri 5 milyon 807 min ABŞ dolları olan 3 min 892 ton süd idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin ilk yarımilliyi ilə müqayisədə dəyər baxımndan 38.9%, həcm baxmından isə 29.1% azdır.
Qeyd edək ki, ölkədə süd istehsalı isə ilk altı ayda 1.8% artıb. Belə ki, bu dövrdə 1 075.3 min ton süd istehsal olunub.