11 C
Baku
Tuesday, November 26, 2024

Sükan arxasında infarkt keçirən sürücü bank işçisini vuraraq öldürüb

Bakıda sürücü sükan arxasında infarkt keçirib və nəticədə bank işçisini vurub.

Banker.az-ın Report-a istinadən məlumatına görə, hadisə Mətbuat prospektində qeydə alınıb.

Məhərrəmov Fərman Azad oğlu idarə etməsində olan “KİA” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən infarkt keçirib. İdarəetmədən çıxan avtomobil yol kənarında hərəkət edən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlunu vurub divara çırpıb. Məlum olub ki, sürücü F.Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

F.Abbasov isə açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F.Abbasov ölkədə fəaliyyət göstərən banklardan birində çalışıb.

Son xəbərlər
Digər xəbərlər