Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, Masdar şirkətinin sədri Sultan Əl Caber ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş olub.
Banker.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, yaşıl enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə danışılıb.