18 C
Baku
Monday, September 16, 2024

Sumqayıt-Ağcabədi-Sumqayıt avtobuslarına onlayn bilet almaq mümkün olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “biletim.az” portalına yeni istiqamət əlavə edilib.

Bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, sərnişinlər Sumqayıtdan Ağcabədiyə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.

Hazırda portala 68 istiqamət, 43 məntəqə, 283 reys olmaqla, 308 nəqliyyat vasitəsi qoşulub.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Qeyd edək ki, bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər