23 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil olunur

Screen Shot 2021 09 02 at 14.34.20

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Sərəncamla Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil ediləcək.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün; maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər