“Sumqayıt Aşqarlar Oil Refinery” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Banker.az xəbər verir ki, 26 iyun 2026-cı il tarixində baş tutan iclasda mühüm qərarlar qəbul edilib.
Yığıncağın gündəliyinə uyğun olaraq qərara alınan məsələlər aşağıdakılardır:
Hesablama Komissiyasının yeni tərkibi müəyyən edilib: Novruz İsmayıl oğlu Behbudov, Bikə Famil qızı Abbasova və Gülarə Qulu qızı Əşrəfova Hesablama Komissiyasının üzvləri seçiliblər.
Maliyyə hesabatı təsdiqlənib: Cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatı səsə qoyularaq təsdiq edilib və müəssisənin ötən ilki fəaliyyəti qənaətbəxş hesab olunub.
Əməkhaqqı təyin edilib: “Sumqayıt Aşqarlar Oil Refinery” ASC-nin Direktorlar Şurasının Sədrinə aylıq əməkhaqqının ödənilməsi barədə qərar qəbul edilib.






