Sumqayıt şəhəri, Bakı-Quba yolu 37-ci km ünvanında STDC MMC-nin təsisçilərin ümumi yığıncağı keçirilib.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələ daxil edilmişdir: STDC MMC-nin təsisçilərdən biri özünə məxsus paydan 19 053.634.16 AZN əmlak çıxarışı ilə nizamnamə kapitalının azaldılmasını elan etmişdir və nizamnamə kapitalı 286 627.453.51 AZN-dək azaldılmışdır. Bununla əlaqədar debitor və kreditorlar öz tələblərini bildirə bilərlər.
“STDC” MMC 17 iyul 2016-cı il tarixində yaradılıb. 31 mart 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. “STDC” MMC-nin qanuni təmsilçisi Elvin Aslanovdur.
Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının 3,3 ha torpaq sahəsində Data Mərkəz yaradılıb. Data Mərkəzdə ABŞ və Avropa istehsalı olan ən müasir, yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlardan istifadə edilir.