14 C
Baku
Thursday, May 2, 2024

Sumqayıt filialı üçün Əməliyyatçı – KredAgro

Tələblər:

 

Ø  Ali təhsil;

Ø  Bank və yaxud qeyri bank sistemində azı 1 il iş təcrübəsi;

Ø  MS Office proqramları ilə işləmək bacarığı;

Ø  Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;

Ø  Müştərilərlə yüksək nəzakətlə davramaq qabiliyyəti;

Ø  Kollektivdə işləmək bacarığı;

Ø  Sumqayıt ərazisində yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifə və öhdəliklər:

 

Ø  Müştərilər barədə Məlumat informasiya sistemindən  məlumatların əldə edilməsi, daxil edilməsi, yoxlanması;

Ø  Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;

Ø  Hazırlanmış Sığorta şəhadətnamələrini qəbul etmək, onlar barədə lazımi məlumatları sığorta reyestrinə daxil etmək;

Ø  Həvalə olunduğu təqdirdə filialın xəzinə əməliyyatlarını icra etmək;

Ø  Filialda keçirilən yerli kredit komitəsində iştirak etmək;

Ø  Hesablarda yığılan vəsaitlərin və qayıdışlardan olan qalıqların məbləğinin yoxlanılması, onların müəyyən olunmuş limit məbləğinə çatdığı zaman vaxtında köçürülməsini təmin etmək və vəsaitləri düzgün idarə etmək;

Ø  Filial tərəfindən verilmiş kreditlər barədə bütün məlumatların və həyata keçirilən təsərrüfat əməliyyatlarının müvafiq informasiya bazasına düzgün daxil edilməsinə  nəzarət etmək və onu təsdiqləmək;

Ø  Filial tərəfindən həyata keçirilən əməliyyatların müvafiq İnformasiya Bazasına vaxtında və düzgün daxil edilməsinə nəzarət etmək;

CV-nizi e-mailin mövzu bölümündə müraciət etdiyiniz vakansiyanın adını göstərilməklə  14 sentyabr 2017-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər