Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 hektar ərazisinin teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi işlərinin satınalınması üçün açıq tender elan edib.
Məlumata görə, Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün 500 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)
H/h: AZ65PAHA38090AZNHC0190006581
VÖEN: 2902478331
Bank: “PAŞA Bank” ASC
Bankın VÖEN-i: 1700767721
Bankın kodu: 505141
SWİFT: PAHAAZ22
M/h: AZ82NABZ01350100000000071944
İştirak haqqı heç bir halda geri qaytarılmır.