5 C
Baku
Friday, March 29, 2024

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alındı

Banker.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən sənaye parklarından biri Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb və Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb.

“Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaqdır. Layihənin investisiya dəyəri 20 mln. manata yaxındır.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək.

Müəssisədə 40-dək daimi iş yeri yaradılacaqdır.

Son xəbərlər
Digər xəbərlər