14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin İdarə Heyətinin sədri İbrahim Həsənov vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Emil Həsənova həvalə olunub.

Xatırladaq ki, “Azerfloat” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. Şirkət Sumqayıtda Almaniyanın “HORN Glass İndustries” şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.

Son xəbərlər
Oxşar xəbərlər
X