İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2018-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Kotirovka sorğusunda iştirak etmək üçün qiymət təklifi (nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla) və digər zəruri sənədlər 26 fevral 2019-cu il saat 18:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə təqdim edilməlidir. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65).
Zərflər 27 fevral 2019-cu il saat 12:00-da həmin ünvanda açılacaq.