“Archi Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye Parkından Banker.az-a daxil olan məlumata görə, İqtisadiyyat Nazirliyi bu statusu oktyabrın 5-də verib.
Şirkət Sumqayıt Kimya Sənaye Parkının 4,4 ha torpaq sahəsində İtaliya, Çin və Türkiyə texnologiyası əsasında 240 min m2 şüşə və 50 min ədəd saxsı məmulatlarının hazırlanması nəzərdə tutulur.