16 C
Baku
Sunday, April 28, 2024

Sumqayıt Kimya Sənaye Parkında alüminium təbəqəli vərəqə güzgü istehsal ediləcək

“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 11 milyon ₼-a yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər