“Bakı Karton və Qutu Fabriki” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Bununla da rezidentlərin sayı 39-a çatıb.
Şirkət Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradacaq. İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.