Sumqayıt Kimya Sənaye Parkında karton kağızın istehsalı fabriki yaradılacaq

“Bakı Karton və Qutu Fabriki” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bununla da rezidentlərin sayı 39-a çatıb.

Şirkət Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradacaq. İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər