15 C
Baku
Monday, March 17, 2025

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başlayacaq

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Sumqayıt Kimya Sənaye Parkı bildirib.

Onun sözlərinə görə, müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

Bundan başqa, E.Kazımov 2015-2024-cü illərdə Parkda 13,2 milyard manatlıq məhsul istehsal edilib, 2016-2024-cü illərdə istehsal edilmiş 4,6 milyard manatlıq məhsul 70-dən çox ölkəyə ixrac olunub. Parka sahibkarlar 5,5 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox daimi iş yeri yaradıb”.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb, 613 hektar ərazini əhatə edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər