22 C
Baku
Friday, April 19, 2024

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Azeka BM” MMC qeydiyyata alınıb.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, yeni şirkət Parkın ərazisində Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində, məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal olaraq kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa edəcək. Layihənin investisiya dəyəri təqribən 7 milyo manatdır.

İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.

Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər