“Baker Tilly Audit Azerbaycan” şirkəti “Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC cəmiyyətin 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirəcək.
Bu barədə Banker.az-a cəmiyyətdən məlumat verilib.
“Baker Tilly Audit Azerbaycan” müvafiq seçimin qalibi olub. Fevralın 27-də şirkət ilə müqavilə imzalanıb”, – cəmiyyətdən qeyd ediblər.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur – Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.