7 C
Baku
Thursday, December 12, 2024

Sumqayıt kimya-sənaye parkının rezidenti polietilen istehsalını artıracaq

Sumqayıt kimya-sənaye parkının rezidenti “SOCAR Polymer” polietilen istehsalını artıracaq.

Banker.az bunu Trend-ə istinadən xəbər verir.

Mənbənin məlumatına əsasən, “SOCAR Polymer” şirkəti növbəti üç il ərzində yüksək sıxlıqlı polietilen istehsalında tam gücə çatacaq.

2019-cu ilin yekunlarına görə, şirkətin zavodlarında 48,2 min tondan çox polietilen və 100 min tondan çox polipropilen istehsalı planlaşdırılır.

İlkin proqnozlara əsasən “SOCAR Polymer” zavodunda polietilen istehsalı 2020-ci ildə 97,4 min ton (2019-cu illə müqayisədə 2 dəfə çox), 2021-ci ildə 110 min ton (2020-ci illə müqayisədə 12,9 faiz çox), 2022-ci ildə 115 min ton (2021-ci illə müqayisədə 4,5 faiz çox), 2023-cü ildə 120 min ton (2022-ci illə müqayisədə 4,3 faiz artım) təşkil edəcək.

 

2023-cü ildə zavodun polietilen istehsalında tam gücünə çatacağı və 2019-cu illə müqayisədə 2,5 dəfə artımın olacağı gözlənilir.

Eyni zamanda, 2023-cü ildə polipropilen istehsalında 2019-cu illə müqayisədə 52 faiz artımın olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər