26 C
Baku
Tuesday, July 15, 2025

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən ilk dəfə olaraq Yunanıstana ikibaşlı suvarma hidrantların ixracı həyata keçirilib.

İZİA-dan bildirilib ki, şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə dəyəri 100 min manatdan çox məhsul göndərilib.

Qeyd edək ki, “Azertexnolayn” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə ixrac edilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər