17 C
Baku
Wednesday, May 21, 2025

Sumqayıt klubunun gəlirləri kəskin artıb, zərərdən mənfəətə keçib

“Sumqayıt” Futbol Klubu MMC 2024-cü il üzrə 2024-cü ildə bu rəqəm 9 milyon 178,6 min manata yüksəlib.

Banker.az Sumqayıt klubunun maliyyə hesabatına istinadən xəbər verir.

Klubun ümumi gəlirləri 2023-cü ildə 6 milyon 182,1 min manat olmuşdu. Bu, təxminən 3 milyon manatlıq və ya 48%-lik artım deməkdir.

Sponsor və reklam gəlirləri 2024-cü ildə 3 milyon 917,2 min manata çatıb.

Futbolun İnkişafı Fondundan daxilolmalar 2023-cü ildə cəmi 398,2 min manat olduğu halda, 2024-cü ildə bu mənbədən gələn vəsait 5 milyon 261,4 min manata yüksəlib.

Sponsor və reklam gəlirləri: 2023-cü ildə 2 milyon 200 min manat ikən, 2024-cü ildə bu göstərici 3 milyon 917,2 min manata çatıb.

2024-cü il ümumi xərcləri 9 milyon 671,6 min manat olmaqla illik 3 milyon 322,2 min manat (52%) artıb.

Əsas artım əməkhaqqı və mükafat xərcləri illik müqayisədə 2 milyon 522,5 min manat (71,6% ) 6 milyon 41,9 min manat artıb.

Klubun 2024-cü ili 85,6 min manat mənfəətlə bitirib. Halbuki, öncəki ildə 167,3 min manat zərər etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər