22 C
Baku
Tuesday, April 23, 2024

Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb – Sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər