7 C
Baku
Sunday, December 15, 2024

“Sumqayıt Texnologiyalar Parkı” 3 vəzifəyə vakansiya elan edir

Vəzifənin 1: Korporativ müştərilərlə iş üzrə satış nümayəndəsi (İnşaat sektoru)

Vəzifə öhdəlikləri:

• Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
• İşgüzar və korporativ danışıqların aparılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının icra edilməsi;
• Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Korporativ satış planının yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Marketinq və satış sahəsində ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobili olmalı, habelə 2 il sürüçülük təcrübəsi olmalıdır;
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli;
• Azərbaycan, Rus dillərini mükəmməl, İngilis dilində yaxşı səviyyədə bilməli;
• Məsuliyyətli və güclü analitik olmalı;
• Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli, habelə müştəriyönümlü satış  etmək bacarığının olmalı;
• Prezentasiya bacarığı olmalı;
• Yaş həddi: 25-45;
• Bakı şəhərini və rayonları yaxşı tanımalı, habelə aktiv şəkildə ezamiyyətlərə hazır olmalı.

Əlavə məlumatlar:

• Maaş: razılaşma əsasında + satışdan faiz;
• Şirkət tərəfindən yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;


Vəzifənin 2: Tornaçı

Vəzifə öhdəlikləri:

• İstifadəsinə təyin olunmuş Avadanlığın iş prinsipini və Avadanlığın istifadə qaydalarını  bilməli;
• İstifadə etdiyi torna alətlərinin növünü və təyin olunmasını bilməli;
• Torna dəzgahlarına istifadə edəcəyi torna alətlərinin yerləşməsini və ondan düzgün istifadə qaydalarını bilməli;
• Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi   qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını,  istehsalat  mədəniyyətinə riayət etməli;
• Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
• Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
• İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
• Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına  nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
• Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
• İş yerini təmiz saxlamalı;
• Işləyərkən  əmək təhlükəsizlyi qaydalarına əməl etməli;
• Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək  qanunvericiliyini və  normativ tələblərini bilməli;
• Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
• Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.


Vəzifənin 3: Təlim mərkəzinin administratoru

Vəzifə öhdəlikləri:

• Bütün inzibati məsələlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
• Təlim proqramlarının hazırlanmasında iştirak etmək;
• Müvafiq təlim materiallarını tərcümə etmək;
• Təlim iştirakçıları və təlimçilər ilə sıx əlaqədə olmaq;
• Bütün təlim materiallarının düzgün şəkildə hazırlanmasına yardım etmək;
• Təlim öncəsi otaqların tam olaraq hazırlanması;
• Tələb olunan hallarda ofisdə ümumi telefon zənglərinə cavab vermək;
• Mərkəzin səmərəli fəaliyyətini təmin etmək üçün tələb olunan digər vəzifələrin icrası.

Təhsil/Təcrübə:

• Ali təhsil (Mühəndislik sahəsində arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat sahəsində arzuolunandır);
• Azərbaycan dilində sərbəst danışmaq, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.


Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected] və ya [email protected]

Son xəbərlər
Digər xəbərlər