12 C
Baku
Wednesday, December 11, 2024

“Sumqayıt Texnologiyalar Parkı” 3 yeni vakansiya elan etdi

VAKANSİYA 1 – Metalkonstruksiyalar üzrə quraşdırıcı çilingər

Vəzifə öhdəlikləri:

• Əsas və köməkçi avadanlıqların, yükqaldırma maşın və mexanizmlərin təyinatını;
• Avadanlıqların qovşaq və hissələrinin, alət və ləvazimatlarının təyinatını və onlardan istifadə qaydalarını;
• Sahədə əl, pnevmatik və elektrik alətləri ilə təhlükəli yerləri işləmə zamanı  mühafizə və qoruyucu vasitələrini;
• Ayaqaltı və körpücüklərin quraşdırılma qaydalarını, yüklərin qoşulma qaydasını, materialşunaslığa aid məlumatları;
• Cizgilərə və yığma sxemlərinə əsaəsn universal alətlər tətbiq etməklə mürəkkəb metalkonstruksiya qovşaqlarını qaynaq etmək və pərçiмləmək üçün yığmağı;
• Universal yığma və xüsusi alətlər və şablonlar tətbiq etməklə xüsusilə mürəkkəb metalkonstruksiya qovşaqlarının yığılmasını;
• Metalkonstruksiyalarin mürəkkəb baza detallarını və qovşaqlarını qurmaq üçün yerlərin nişanlanmasını;
• Mürəkkəb və xüsusilə mürəkkəb metalkonstruksiya detallarının və qovşaqlarının düzləndirilməsini;
• Pnevmatik cilalayıcı əl maşını ilə qaynaq yerlərini örtmək üçün təmizlənməsini;
• Daha yüksək ixtisaslı çilingərin rəhbərliyi altında ekspermental və nadir metalkonstruksiya qovşaqlarının yığılmasını;
• Təzyiq altında işləyən mürəkkəb metalkonstruksiya qovşaqlarının hidravlik və pnevmatik sınanmasını və sinaqdan sonra aşkar edilən qüsurların aradan qaldırılmasını;
• Eskizlərin və yığma sxemlərinin tərtib edilməsini;
• Metalkonstruksiya elementlərini müvəqqəti açmaqla onların müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılmasını, qaldırılmasını və qurulmasını;

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Mmüvafiq sertifikasiyaya arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;


VAKANSİYA 2 – Yarımavtomat qaynaqçısı

Vəzifə öhdəlikləri:

• Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
• Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
• Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
• İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
• Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
• Temperatur rejiminə ciddi nəzarət etməlidir;
• Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
• Qaynaq avadanlıqlarının, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
• İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
• Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
• Qaynaqçı iş qabağı geyim paltarını, əlcəyini, qoruyucu maskasını və eynəyini yoxlamalı, yadda saxlamalıdır ki, gərginlik altında işləyir. Transformator və qaynaq olunan konstruksiya yerlə əlaqələndirilməlidir. Hər hansı nasazlığı yalnız transformator dövrədən açıldıqdan sonra aradan qaldırılmalıdır;
• Qaynaq şüşəsinin üzərinə adi şüşə parçası qoymalıdır ki, çirklənəndə dəyişmək mümkün olsun. Reduktor və generatorun germetikliyini sabunlu su ilə yoxlamalıdır;
• Bağlı çənlərin içərisində işə başlamazdan qabaq çənin içərisi buxarla yuyulmalı və sonra qaynaq işlərinə başlamalıdır;
• İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmalı, iş yerini təmiz yığışdırmalı;
• Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.

Təhsil/Təcrübə:

• Orta-texniki təhsil;
• Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli;


VAKANSİYA 3 – Mühəndis-texnoloq (Kabel zavodu)

Vəzifə öhdəlikləri:

• Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib  hazırlayır;
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını təşkil edir;
• Xammala,materiala, əmək sərfinə  qənaəti  təşkil edir;
• Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir;
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
• Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
• Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
• Əlaqədar təşkilat və xidmət sahələrinin gücü ilə təmir edilən, tikilən, quraşdırılan avadanlıq və kommunikasiyaları, tikililəri müvafiq aktlarla qəbul etdirmək;
• Dövlət nəzarət orqanlarının göstərişlərinin, bədbəxt hadisə və qəzanın araşdırılması aktının vaxtında verilməsinə nəzarət etmək;
• İstehsalatın texnoloji sxemində baş verən dəyişikliklərin reqlamentində əks olunması üçün texniki şöbəyə müvafiq materiallar təqdim etmək;

Təhsil/Təcrübə:

• Ali-texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, Rus və ingilis dillərini sənədləşmə səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumat, o cümlədən müəssisənin siyasət və məqsədlərini bilməlidir;

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər