6 C
Baku
Wednesday, January 15, 2025

“Sumqayıt Texnologiyalar Parkı” alqı-satqıya görə “ATEF Şirkətlər Qrupu”nu məhkəməyə verdi

“Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.

STP – Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür, ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər