Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin yeni törəmə şirkəti – “STP-HEAVY ENGINEERING” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Banker.az xəbər verir ki, şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno-Park sahəsidir. MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir.
Yeni yaradılan şirkətin direktoru Şahin Teymurxanlı Əbdürrəhim oğlu kimi göstərilib.
Bundan öncə isə “STP-AS” MMC və “STP-Repkon” MMC adlı şirkətlər yaradılmışdı.
Xatırladaq ki, hazırda şirkətə STP 2012-ci ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. Onun rəhbəri Hicran Valehov Qardaşxan oğludur.