10 C
Baku
Wednesday, November 27, 2024

Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb

Sumqayıt Texnologiyalar Parkı daha bir törəmə şirkət təsis edib.

Banker.az xəbər verir ki, 1 noyabr 2024-cü il tarixdə “STP-AS” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.

Şirkətin 1000 avro nizamnamə kapitalı olmaqla ona Şahin Teymurxanlı Əbdürrəhim oğlu rəhbərlik edir. Şahin Teymurxanlı SOCAR Türkiyədə və eləcə də Qazaxıstanda qeydiyyatda olan “KazTurboRemont LLP” şirkətində çalışıb. Onun bu şirkətdə sonuncu dəfə vəzifəsi baş əməliyyat inzibatçısı olub.

Şirkıtin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər