Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılmaqla 400 mln. manatı keçib.
Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalında əlavə 10.829 mln. manat və ya 2.7% artım edilib.
Bununla da nizamnamə kapitalı 409.224 mln. manatı ötüb.
Xatırladaq ki, hazırda şirkətə STP 2012-ci ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. Onun rəhbəri Hicran Valehov Qardaşxan oğludur.