9 C
Baku
Thursday, December 12, 2024

Sumqayıt Texnologiyalar Parkına yeni Baş icraçı direktor (CEO) təyin olunub

Sumqayıt Texnologiyalar Parkına (STP) yeni Baş İcraçı Direktor təyin olunub. Nəzdində bir sıra Biznes Vahidləri və Müştərək Şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir. Bu barədə Banker.az-a STP-dən bildirilir.

STP-nin CEO-su yeni dəyişmişdi. 2020-ci ilin 17 iyuluna qədər bu vəzifədə Emin Məmmədov idi. O, vəzifəsindən çıxdıqdan sonra bu post Rauf Atakişiyevə müvəqqəti tapşırılmışdı.

Ruslan Ağabəyli istehsal sahəsində 20 illik peşəkar təcrübəyə malikdir. O, bundan öncə Lafarge-Holcim şirkətində Biznesin İnkişafı, Satış, Satınalma və İnsan Resurslarının İdarəolunması sahələrində yerli və beynəlxalq səviyyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, Ruslan Ağabəyli Azərbaycan İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb. Çalışdığı müddətdə  “London Business School”, “İMD”, “İNSEAD” və “Ivey Business School”  kimi xarici təhsil ocaqlarında müxtəlif ixtisasartırma kursları keçibdir.

 

Son xəbərlər
Digər xəbərlər