15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Sumqayıt Texnologiyalar Parkına yeni təyinat

Screen Shot 2021 09 02 at 14.34.20

Sumqayıt Texnologiyalar Parkına  (STP) yeni Baş idarə rəisi təyin olunub.

Banker.az-ın şirkətə yaxın mənbədən əldə etdiyi məlumata görə, yeni təyin olunan şəxs Seymur Hacıyevdir. O, vəzifəsinin icrasına bu ayda (avqustdan) artıq başlayıb.

Seymur Hacıyev iki ay idi ki, ölkənin ən böyük otel şəbəkəsinə malik “Absheron Hotel Group” MMC-yə Satınlama Qrupu üzrə direktor təyin olunmuşdu.

Buna qədər isə Azərbaycan və Qazaxıstanda müxtəlif vəzifələrdə çalışıb.

Yerli şirkətlərdə ilk proffesional karyerası “Synergy Group” MMC-də (2013-2015) başladıqdan sonra “Gilan Holding” MMC-yə (2015-2019) keçib. 

Bildirək ki, Hacıyev ABŞ-ın Corc Vaşinqton Universitetində magistr dərəcəsinə yiyələnib.

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər