11 C
Baku
Sunday, March 3, 2024

Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı 238 mln. manatı keçib

Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər  verir ki, STP-nin nizamnamə kapitalı 12 350 000 manat, 5.5% artırılaraq 238 220 346 manata çatdırılıb.

STP – regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır.

Hal hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 12 zavod, 30 dan çox istehsalat sahəsi var və 2 000 nəfərə yaxın işçi çalışmaqdadır.

Son xəbərlər
Digər xəbərlər