“Sumqayıt Texnologiyalar Parkı” MMC və onun törəmə təşkilatı olan “STP Metal Structures” MMC-nin nizamnamə kapitalları artırılıb.
Banker.az xəbər verir ki, STP-nin kapitalı 13 062 000 manat və ya 5% artırılmaqla 303 012 346 manata, “STP Metal Structures” MMC-nin isə 120 000 manat və ya 120% artırılmaqla 220 000 manata yüksəldilib.
Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir.
STP – regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.