16.2 C
Baku
Friday, May 16, 2025

Sumqayıt Texnologiyalar Parkının nizamnamə kapitalı 1 mlrd. manata çatdırılır

Sumqayıt Kimya Sənayesi Parkının ən iri rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı artırıla-artırıla 1 mlrd. manata çatdırılır.

Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalı apreldə 15 milyon manat (1.5%) artırılıb. Cari ilin əvvəlindən isə bu şirkətə ümumilikdə 30 mln. manat investisiya edilib.

Beləliklə, hazırda STP-nin hazırda 919.15 milyon manata qaldırılıb.

Hazırda şirkət bu nizamnamə kapitalı ilə yalnız ölkədəki SOCAR, “Azərenerji”, ABB, Cənub Qaz Dəhlizi, “BakıMetropoliteni”ndən geri qalır.

Xatırladaq ki, Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. Şirkət 2009-cu ilin dekabrında Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində 250 hektar ərazidə fəaliyyətə başlayıb. STP, Cənubi Qafqazda yaradılmış ilk texnologiya parkı olmaqla, 12 zavod və 30-dan artıq istehsal sahəsini əhatə edir

 

Son xəbərlər
Digər xəbərlər