Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı cari ildə dördüncü dəfə artırılmaqla 700 milyon manata çatdırılıb.
Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalı 2024-cü ilin əvvəlindən ümumilikdə dörd artımda 384 504 000 manat (384.5 mln. manat) və ya 122.8% əlavə kapital qoyulub.
Beləliklə, nizamnamə kapitalının həcmi 697 554 346 manata çatdırılıb. İlin əvvəlinə qədər onun cəmi 313 050 346 manat nizamnamə kapitalı mövcud idi.
Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. Onun rəhbəri Hicran Valehov Qardaşxan oğludur.