9 C
Baku
Monday, November 18, 2024

“Sumqayıt Texnologiyalar Parkı”nın törəmə şirkətlərinin rəhbərliyi dəyişib

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

İndiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər