İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “STP-AH” MMC-ni dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, bu şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) ilə eyni hüquqi ünvanda – Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən texnoparkda qeydiyyatdan keçib.
“STP-AH” MMC-nin nizamnamə kapitalı 100 000 manatdır və qanuni təmsilçisi Rauf Surxay oğlu Atakişiyevdir. Rauf Atakişiyev həmçinin STP-nin direktorudur.
Bu şirkətin Müşahidə Şurasının üzvləri Köktürk Tolga, Nəcəfli Fuad Vahid oğlu, Vaizoğlu Çağrı Kerem-dir.