12 C
Baku
Monday, November 25, 2024

“Sumqayıt Tikiş” şirkətinə yeni sədr seçiləcək

24 dekabr 2024-cü il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2023-cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. “Sumqayıt Tikiş” ASC-nin idarə heyətinin sədrinin və digər idarəetmə orqanlarının seçilməsi.

3. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri ASC-nin rəhbərliyinə müraciət etmək olar.

Nəzərinizə çatdırırıq ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır.

Ünvan – Sumqayıt şəhəri, kottec, 24-cü məhəllə, 1-ci keçid 38 A. ASC-nin inzibati binasıdır.

 

Son xəbərlər
Digər xəbərlər