30 may 2023-cü il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır.
1. ASC-nin idarəetmə orqanlarının 2021–2022-ci illərə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. Təsisçi Cəfərov Samir Dönməz öğluna məxsus səhmlərin satılmasına səhmdarların münasibəti .
3. Təşkilati məsələ: ASC-nin idarəetmə orqanlarının seçilməsi.
4. Digər məsələlər.
Qeyd edək ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır.