İnnovasiya mərkəzlərinin açılmasında təkcə Bakı ilə kifayətlənməli deyilik.
Bunu Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O, bildirib ki, bölgələrdə də bu cür mərkəzlərin açılması planlaşdırılır:
“Yaxın perspektivdə Sumqayıt və Gəncə innovasiya mərkəzləri təsis ediləcək və əminəm ki, bu mərkəzlər regionlarda yaşayan innovativ təfəkkürlü vətəndaşlarımız və ümumilikdə innovasiya həvəskarlarının bir araya gələcəyi məkanlara çevriləcək”.